Rumıniyada 66-cı “SOCAR” istifadəyə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
SOCAR-ın yaydığı məlumata görə, “SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhəddindəki Suceava regionundadır. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı “SOCAR” brendli YDM-dir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir. Məntəqədə “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bundan başqa YDM maye qaz (LPG) və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilmişdir. Məntəqədə 2 avtoyuma və elektromobillər üçün şarj aparatı da quraşdırılıb. Digər YDM-də olduğu kimi SOCAR müştəriləri və qonaqlar bu məntəqədə də təkərlərin doldurulması, internet, telefonların enerji ilə doldurulması kimi pulsuz xidmətlərdən də istifadə edə bilərlər.
Məntəqədəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb. Eləcə də məntəqələrdə quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda 66 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateti plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























