Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyini təsdiqlədi
Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyi məlumatını təsdiqləyib.
“Bəli, həqiqətən belə bir görüş videokonfrans formatında hazırlanır”, - Marja.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib.
Əliyev-Putin-Paşinyan görüşü videokonfrans formatında keçiriləcək .
Dmitri Peskov deyib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar videokonfrans formatında görüş keçirəcəklər.
Xatırladaq ki, Oktyabrın 23-də “Aliq Media” noyabrın 9-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki yeni sənədin imzalanacağı barədə məlumat yaymışdı. Birinci sənədin Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənədin isə regionda kommunikasiya əlaqələrinin bərpasını, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcəyi bildirilmişdi. Qeyd olunmuşdu ki, sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.
XXX
В Кремле подтвердили видеоконференцию с участием Путина, Алиева и Пашиняна
Москва. 7 ноября. INTERFAX.RU - На следующей неделе планируется проведение трехсторонней встречи лидеров России, Азербайджана и Армении, сказал "Интерфаксу" пресс-секретарь президента РФ Дмитрий Песков. Она пройдет в формате видеоконференции.
Ранее телеканал "Россия-1" (ВГТРК) сообщил о том, что на следующей неделе не исключены мероприятия с участием президента России Владимира Путина, лидера Азербайджана Ильхама Алиева и премьера Армении Никола Пашиняна, приуроченные к годовщине подписания трехстороннего документа, после подписания которого была остановлена война в Нагорном Карабахе.
По информации источников "Интерфакса", мероприятия в режиме видеоконференцсвязи намечены на начало следующей недели.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
-
10 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
11 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























