Qırğızıstanda valyuta bazarına rekord müdaxilə - DOLLARA TƏLƏB ARTIB...
Qırğızıstan Milli Bankı milli valyutanın məzənnəsini sabitləşdirmək üçün bazara 55,4 milyon dollar satıbQırğızıstan Milli Bankı respublikanın valyuta bazarına müdaxilə edərək, 55,4 milyon dollar satıb.
Marja xəbər verir ki, bu barədə ölkənin maliyyə tənzimləyicisinin çərşənbə axşamı dərc etdiyi məlumatda deyilir.
"Bazarda 55,4 milyon dollara satılıb", - məlumatda bildirilir.
Bu, Milli Bankın cari ildə respublikanın valyuta bazarına ən böyük müdaxiləsidir. Əvvəlki rekord oktyabrın 28-də 50 milyon dollara satılaraq qeydə alınıb.
Ölkədə dollara tələbin kəskin artması və qırğız somunun məzənnəsinin aşağı düşməsi halında Qırğızıstan Milli Bankı Amerika valyutasını ölkənin kommersiya banklarına satır və bununla da milli valyutanın məzənnəsini sabitləşdirir. Əks halda isə Milli Bank dolları alır. Görülən tədbirlər sayəsində bu ilin əvvəlindən somun dollara nisbətdə məzənnəsi kəskin dəyişməyib.
Rəsmi məlumatlara görə, bu il Qırğızıstan Milli BAnkı bazarda 454 milyon dollardan bir qədər çox vəsait satıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"




















