Rusiyadan Türkiyəyə turist axını proqnozları üstələyəcək
2021-ci ildə Rusiyadan Türkiyəyə turist axını ilə bağlı proqnozlar yaxşılaşıb: gözlənilən 4,5 milyon nəfər əvəzinə ölkəyə təxminən 4,8 milyon Rusiya vətəndaşı səfər edəcək.
Marja xəbər verir ki, bunu Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) araşdırması göstərir.
Tədqiqat 2021-ci ilin yanvar-oktyabr aylarında rusların istirahətə getdiyi üç əsas vilayət (Antalya, İstanbul, Ege kurortları) üzrə Türkiyəyə turist axınının statistikası əsasında aparılıb.
"Yayda bir çox rusiyalı turist ənənəvi olaraq Türkiyədə istirahət edir, lakin bu il turist axınının artımı payızda da müşahidə olunur. Artıq Türkiyəyə turist axını 2019-cu ilin eyni dövrünün göstəricilərini üstələyib. 2021-ci ilin yanvar-oktyabr dövründə Türkiyəyə ümumi rus turist axını 4,35 milyon nəfər təşkil edib. Halbuki, əvvəllər Türkiyə bütün 2021-ci il üçün 4,5 milyon rusiyalı turist qəbul etməyi planlaşdırırdı. İndi bu rəqəmin daha yüksək olacağı və 4,7-4,8 milyon turistə yaxınlaşa biləcəyi göz qabağındadır", - deyə assosiasiya bildirib.
ATOR-un hesablamalarına görə, 2021-ci ilin oktyabr ayında Türkiyəyə 887 min rusiyalı turist gəlib ki, bu da 2019-cu ilin oktyabr ayı ilə müqayisədə artıq 11,8% çoxdur.
"Oktyabr ayında Türkiyəyə tələbatın artmasında dörd əsas amil rol oynadı. Bu, Türkiyənin dənizkənarı kurortlarında əla hava şəraiti, Antalyadakı otellərdə 40%-ə qədər endirimlər, İstanbulun artan dəyəridir. Digər amil Rusiyada "qeyri-iş günləri"dir ki, bu da Türkiyəyə səfər edənlərin artmasına səbəb olub", - deyə Assosiasiya izah edib.
Antalya Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında əyalətə 8,6 milyon turist gəlib ki, bunun da 3,4 milyonu ruslardır. 2021-ci ilin 10 ayı ərzində əyalətə gələn xarici turistlərin ümumi sayının 41,5%-ni Rusiya vətəndaşları təşkil edib. Antalyaya turist axını baxımından ölkədə birinci yeri tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




