AMEA Yüksək Texnologiyalar Parkının Baş planı təsdiq edilib
Texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, milli maraqlara söykənən, rəqabətədavamlı məhsulların istehsalının təşkili, yüksək keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və ixrac potensialının gücləndirilməsi planlaşdırılır.Bu yaxınlarda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının istifadəsində olan torpaq sahəsində layihələndirilən 1-5 mərtəbəli qeyri-yaşayış (istehsalat) binalarının şəhərsalma əsaslandırılması – Baş planı təsdiq edilib.
AMEA Yüksək Texnologiyalar Parkınndan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, məqsəd texnoparkın mövcud maddi-texniki bazasının daha da yaxşılaşdırılmasıdır.
Yüksək Texnologiyalar Parkının Baş plan layihəsinə əsasən, texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, milli maraqlara söykənən, rəqabətədavamlı məhsulların istehsalının təşkili, yüksək keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və ixrac potensialının gücləndirilməsi planlaşdırılır.
Texnoparkın Baş plan layihəsində nəzərdə tutulan işlərin səmərəli təşkili üçün artıq bu istiqamətdə məqsədyönlü işlərə başlanılıb. Park ölkə daxilində, eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, ölkə iqtisadiyyatında intellektual məhsulların çəkisinin artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm strateji hədəflərə nail olmaq üçün uğurla irəliləyir.
Belə ki, YT Parkda müəssisələr və rezidentlərlə səmərəli, çevik əlaqələr qurulur, elmtutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar, sahibkarlar, maliyyə donorları və alimlərin birgə fəaliyyətinə dəstək verilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























