VTB (Azərbaycan)-ın İdarə Heyətinə sədr təyin edilib
İqor Okaev Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri təyin edilib.
Bankın yaydığı məlumatda bildirilir ki, o, VTB-nin Azərbaycanda biznesinin inkişafı, müştəri bazasının ikiqat artırılması və rəqəmsallaşma kimi strateji vəzifələrin icrasına cavabdeh olacaq.
VTB (Azərbaycan)-ın rəhbəri kimi İqor Okayevin əsas vəzifələri bankın strategiyasının həyata keçirilməsi, maliyyə göstəricilərinin, o cümlədən rəqəmsallaşma və yeni məhsul və xidmətlərin tətbiqi hesabına, artımı olacaq. 2023-cü ilə qədər Azərbaycanda VTB 70 minə yaxın pərakəndə müştəriyə və 3,5 minə yaxın şirkət və müəssisəyə xidmət göstərməyi planlaşdırır. Bankın rəqəmsal kanallarında satışın payı fiziki şəxslər üçün 80%-ə, hüquqi şəxslər üçün isə 85%-ə çatmalıdır.
“Törəmə banklarımızın rəhbərliyi qarşısında müştərilər üçün qabaqcıl məhsul və xidmətlərin tətbiqi və bazar mövqelərinin gücləndirilməsi vəzifəsi durur. Azərbaycan biznesimizin gələcək inkişafı üçün mühüm bazardır. VTB respublikaya, xüsusən də iqtisadiyyatın real sektoruna investisiyaların cəlb edilməsi istiqamətində fəal iş aparır. Biz maliyyə xidmətləri sahəsində ən yaxşı təcrübələrimizi və texnoloji həlləri tətbiq edərək, onları ölkənin sakinləri və biznesləri üçün uyğunlaşdırırıq. Bank bu işi İqor Okayevin rəhbərliyi altında davam etdirəcək, onun bilik və təcrübəsi Azərbaycanda VTB Qrupunun strategiyasını uğurla həyata keçirməyə kömək edəcək” - deyə, VTB-nin prezidenti və İdarə Heyətinin sədri Andrey Kostin bildirib.
İqor Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 2003-cü ildən bank sektorunda çalışır. O, əvvəllər Unibank-da rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə Bankın İdarə Heyəti sədrinin birinci müavini, 2020-ci ildə Unibank-ın İcraçı Direktoru (CEO) vəzifələrinə təyin edilib. 2016-2017-ci illərdə o, həmçinin VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü olub və bankın korporativ və pərakəndə biznesin inkişafı departamentlərinə rəhbərlik edib.
Qeyd edək ki, İqor Okayev son 10 ildə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri seçilən ilk Azərbaycan vətəndaşıdır.
2021-ci ilin üçüncü rübünün yekunlarına görə, VTB (Azərbaycan)-ın aktivləri ilin əvvəlindən 7,3% artaraq 230,5 milyon manatı ötüb. Kredit portfeli 38%, depozit portfeli isə 16,8% artaraq müvafiq olaraq 168,3 milyon manat və 96,2 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)






