"Mikayıl Cabbarov Güləş Federasiyasına rəhbər gəlir"
Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsindən sonra Azərbaycan idman federasiyalarının bir neçəsində yeni rəhbərlər seçilib.
Məlumata görə, bu seçkilərdən birinin də Azərbaycan Güləş Federasiyasında (AGF) olacağı gözlənilir.
2018-ci ildən boş qalan AGF-nin prezidenti postuna iqtisadiyyat naziri Mikayıl Cabbarovun əsas namizəd olacağı bildirilir.
Bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən gedən M.Cabbarovun oradan ayrılmasının səbəbinin də bununla bağlı olduğu qeyd olunur.
Əldə etdilən digər məlumata görə, yaxın günlərdə Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Hazırda Azərbaycan Güləş Federasiyasında prezident səlahiyyətlərini Namiq Əliyev həyata keçirir. O, prezident əvəzi olaraq federasiyaya rəhbərlik edir.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının son prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2007-2018-ci illər aralığında federasiyaya rəhbərlik edib. F.Məmmədov 2018-ci ildə öz ərizəsi ilə AGF prezidenti vəzifəsindən istefa verib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






