Naxçıvan iqtisadiyyatının vəziyyəti açıqlandı
Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 355 milyon 837 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 5097 manata çatmışdır.
***
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 922 milyon 291 min 600 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
***
Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 869 milyon 785 min 700 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 824 milyon 112 min 200 manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
***
2021-ci ilin yanvar-oktyabr aylarında 452 milyon 915 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 21677 ton, süd istehsalı 80767 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4, süd istehsalı isə 1,4 faiz artmışdır.
***
2021-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 50 milyon 710 min 700 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 7,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 38 milyon 91 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,4 faiz artmışdır.
***
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 185 milyon 801 min manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 20,8 faiz çoxdur. Verilmiş kreditlərin 19 milyon 803 min 900 manatı və yaxud 10,7 faizi qısamüddətli, 165 milyon 997 min 100 manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
***
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
***
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 noyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 181891-ə çatmışdır ki, bunun da 170244-ü və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-oktyabr aylarında açılmış 37812 bank hesabının 37772-si aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2021-ci il tarixə 1501-ə çatdırılmışdır.
***
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 545,3 manata çatdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
***
1 oktyabr 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1306 nəfər artaraq 462 min 716 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul


















.jpg)


