“Pandemiyaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11% artıb”
“Pandemiyaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11% artıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə deyib.
V. Putin biznes-dairələrin iqtisadi marağının olduğunu bildirib.
“Pandemiya ilə əlaqədar məhdudlaşdırılmalar olmasına baxmayaraq, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Bizim 900 müəssisəmiz Azərbaycanda çalışır, Azərbaycan iqtisadiyyatına 4,5 mlrd. dollar birbaşa Rusiya sərmayəsi qoyulub. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Putin qeyd edib ki, “Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çox uğurla inkişaf edir”.
V. Putin bildirib ki, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: “Biz bunu yəqin ki, hansısa uyğun qaydada qeyd etməliyik”.
Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan danışıb
"Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bildirib.
O vurğulayıb ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır.
“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı





















