ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının rəhbərliyi arasında görüş keçirilib
24 noyabr 2021-ci il tarixində “Visa İnc.” beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında görüş baş tutmuşdur.
ABA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə “Visa İnc” şirkətinin regional direktoru Kristina Doros, ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və digər nümayəndələr iştirak etmişdir.
Görüş zamanı Zakir Nuriyev ABA və Visa arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Visa təşkilatının rəqəmsal ödənişlərin inkişafı, bazara yeni innovativ ödəniş həllərinin daxil olması ilə əlaqədar göstərdiyi səylərə eləcə də iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı görülən işlərə verdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir. Bununla yanaşı ABA tərəfindən maliyyə-bank sektoruna aid çoxsaylı tədbirlərin keçirilməsində Visanın yaxından iştirak etdiyini və bundan sonra da xüsusilə bank xidmətlərinin təhlükəsizliyi ilə əlaqədar tədbirlərin davam etdirilməsinin zəruri olduğunu demişdir. O, həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun fəaliyyətində verdikləri dəstəyi xüsusi vurğulamışdır.
Zakir Nuriyev bankların hazırda prioritet vəzifəsi olaraq işğaldan azad olmuş Azərbaycan ərazisində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparıldığını və strateji planların müəyyən edildiyini bildirmiş və bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakının təmin olunacağını qeyd etmişdir.
Kristina Doros isə öz növbəsində ABA ilə əməkdaşlığı yüksək qiymətləndirmiş və Visa təşkilatının iqtisadiyyatın nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüslərə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirmişdir. Həmçinin, ABA tərəfindən hər il keçirilən beynəlxalq tədbirlərdə tərəfdaş olmağa hazır olduqlarını və əlaqədar mövzularda xüsusilə də rəqəmsal bank xidmətlərində təhlükəsizlik məsələlərinin əhəmiyətini nəzərə alaraq ABA ilə birgə bu istiqamətdə də seminar və vebinarların təşkilinə davam edəcəklərini qeyd etmişdir.
"Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun ölkədə rəqəmsal ödənişlərin, innovativ ödəniş həllərinin müzakirə edildiyi mötəbər platforma olduğunu bildirərək qrupun fəaliyyətində bundan sonra da yaxından iştirakına və banklar tərəfindən Azərbaycan ərazisində maliyyə-bank infrastrukturunun inkişafı istiqamətində görülən işlərə, innovativ rəqəmsal ödəniş həllərinin tətbiqinə dəstək verəcəklərini bildirmişdir.
Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
11 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 28 d. əvvəl
-
33 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 34 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı




















