Azərbaycan da “OPEC plus”un qərarına razılıq verib - AÇIQLAMA
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Bu barədə Azərbaycanın Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, “OPEC plus” un bu razılaşmasında yanvara planlaşdırılan növbəti iclasa qədər pandemiyanın inkişafının və onun bazara təsirllərinin diqqətlə izlənilməsi, zərurət yaranacağı təqdirdə dərhal mövcud qərara düzəliş edilməsi də vurğulanır.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC plus”un avqustdan həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan “OPEC plus”un yeni qərarını dəstəkləyir.
Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.
Hazırda Brent nefti 0,5 faizə yaxın ucuzlaşma ilə 68,55 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























