Dövlət qum, çınqıl, gil və qranit yataqlarını bu şirkətlərin istifadəsinə verdi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Marja.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 6 dekabr tarixində baş tutub.
Hərracda Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının, “Yeni Yaşma I” qum yatağının müvafiq olaraq 76 hektar və 5,5 hektar sahəsi, Ağsu rayonunun “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi, Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi, Salyan rayonunun “Salyan” gil yatağının 5 hektar sahəsi istifadəyə verilib.
“Sitalçay” qum-çınqıl yatağının LOT-2 və LOT-3 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 42 000 manat olan LOT-2 üzrə edilən son təklif 65 700 manat olub. Bununla yanaşı, başlanğıc qiyməti 42 000 manat olan LOT-3 üzrə edilən ən son təklif 65 800 manatadək yüksəlib.
Qeyd edilib ki, “Sitalçay” qum-çınqıl yatağının LOT-2, LOT-3, LOT-4, LOT-5 üzrə qalibi “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, LOT-6 üzrə isə "MSDİS HOLDİNG" MMC olub.
“Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC, “Üçtəpə-Qızılqaya” qranit yatağı üzrə qalib "NB SERAMİC" MMC,” Yeni Yaşma I” qum yatağı üzrə qalib "KLV" MMC, “Salyan” gil yatağı üzrə keçirilən hərracın qalibi isə "AZƏRİÇİN TMİ" MMC olub.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 9, 14 və 24 dekabr tarixlərində keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 25 d. əvvəl
-
-
50 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
52 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























