STP ənənəvi Təcrübə Proqramına 2022-ci il üçün qəbul elan edir
STP şirkətlər qrupu bir neçə ildir həyata keçirdiyi istehsal sahələri üçün gənc istedadların yetişdirilməsinə dəstək olan növbəti, “STP Təcrübə Proqramı 2022” adlı ödənişli təcrübə layihəsinə start verir. Bu təcrübə proqramının başlıca məqsədi ali təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin inkişafa meylli potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.
Təcrübə proqramı STP şirkətlər qrupuna daxil olan 7 Şirkətdə, əsasən sənaye istehsalı və inzibatçılıq istiqamətində yerli və xarici mütəxəssislərin mentorluğu ilə müxtəlif peşə və ixtisasları əhatə edəcəkdir. Müəssisənin hər il keçirtdiyi Təcrübə proqramının əsas hədəfi yalnız iqtisadiyyatın əsas sütunlarından hesab edilən sənaye istehsalı üçün kadrların hazırlanması deyil, eyni zamanda sosial məsuliyyətini dərk edən və iqtisadiyyatın müxtəlif sahələrində dəyər yarada bilən üstün fərdi göstəricilərə malik insan resurslarının yetişdirilməsindən ibarətdir.
Xatırladaq ki, 2021-ci ildə STP Şirkətlər Qrupunun həyata keçirdiyi Təcrübə proqramına 4500-dən çox şəxs tərəfindən müraciət daxil olmuş, onlardan 400 nəfərədək uyğun namizəd müxtəlif online və offline seçim mərhələlərində iştirak etmişdir. Nəticə olaraq 19 müxtəlif peşə və ixtisas üzrə 40-a yaxın xüsusi fərqlənən gənc kadr 6 ay müddətində STP-nin müxtəlif profilli şirkətlərində ödənişli təcrübəyə cəlb edilmişdir.
Təcrübə proqramının hazırlığı və seçim prosesləri STP-nin peşəkar komanda heyəti ilə birlikdə təşkil edilmişdir. Təcrübə prosesinə isə təcrübə müddəti boyunca namizədlərdə peşəkar səriştələrin formalaşdırılması üçün STP-nin böyük təcrübəyə malik əməkdaşları arasından 20 mentor cəlb edilmişdir.
Ötən təcrübə proqramını uğurla başa vurmuş 24 məzunumuz hazırda ölkənin 7 müxtəlif şirkət və dövlət qurumunda öz fəaliyyətlərini mütəxəssis olaraq davam etdirir.
Sumqayıt Texnologiyalar Parkının 2022-ci il üçün yaratdığı bu təcrübə imkanından yararlanıb peşəkar komandasına qoşularaq regionun ilk və ən nəhəng sənaye texnoloji parkında karyerasının ilk addımlarını atmaq istəyən gənc kadrlar, 6 yanvar 2022-ci il tarixinədək internstp.com portalından qeydiyyatdan keçməklə istədiyi ixtisas üzrə təcrübə proqramına müraciət edə bilər. Qeyd edək ki, portal üzərindən edilməyən müraciətlər seçim prosesində nəzərə alınmayacaqdır.
STP Şirkətlər qrupu “STP Təcrübə Proqramı 2022” iştirakçılarına Azərbaycan Əmək məcəlləsinə uyğun iş şəraiti yaradır və müvafiq sənədləşmə aparır, həmçinin onları nəqliyyat və naharla da təmin edir.
Təcrübə proqramında elan edilmiş peşə və ixtisaslarla bağlı daha ətraflı məlumatları STP şirkətlər qrupunun rəsmi təcrübə portalından (internstp.com) və sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 30 d. əvvəl
-
37 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu






.jpg)
.jpg)









.jpg)





