Türk Lirəsi sürətlə ucuzlaşmaqda davam edir - REKORD YENİLƏNDİ
Bu gün Türk Lirəsi Dollar qarşısında 9%-dən çox dəyər itirib.Keçən həftə 17 lirə səviyyəsini keçən Dollar/TL məzənnəsi bu gün 18 səviyyəsinə yaxınlaşıb.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:04-də Dollar/TL məzənnəsi 9,2% artımla 17,9748 səviyyəsini görüb. Bu məzənnədə yeni rekord səviyyədir.
Prezident Rəcəb Tayyib Ərdoğanın həftə sonu verdiyi açıqlamalar Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Prezident Rəcəb Tayyib Ərdoğan pul siyasətindən tutmuş, maliyyə bazarlarında idarə olunan valyuta rejimi və fövqəladə vəziyyət iddialarına qədər bir çox mövzuda açıqlamalar verib. Faiz endirimləri ilə bağlı “Məndən başqa heç nə gözləməyin” deyən Ərdoğan, “bir müsəlman olaraq nə lazımdırsa, onu etməyə davam edəcək” deyə vurğulayıb.
“Nəzarət olunan valyuta rejimi kimi cəfəngiyyatları gündəmə gətirənləri günahsız hesab etmirik. Türkiyə iqtisadiyyatı indiyə qədər olduğu kimi azad bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq yoluna davam edəcək. Biz məzənnənin sabitliyini bu cür zibil üsullarla deyil, bazarın özünün işləməsi çərçivəsində təmin edəcəyik”, - Ərdoğan qeyd edib.
Ərdoğan “Cümə günündən bəri söz-söhbət gedir. Bazar ertəsindən etibarən maliyyə aləmində ciddi problemlər yaranacaq. Bunu ancaq xəyanət edənlər deyəcək. Necə dik duracağımızı demir, bazar ertəsi kimi problemlərdən danışır. Narahat olmayın, bu belə deyil. Biz dik durmuşuq”, - deyib.
"Türkiyənin iqtisadiyyatda fövqəladə vəziyyətə ehtiyacı ola biləcəyini qiymətləndirmək çaşqınlıqdan da böyük səhvdir" deyən Ərdoğan, "Hökumətimizin həyata keçirdiyi iqtisadi siyasət, məzənnədəki dövri dalğalanmalar istisna olmaqla, müəyyən etdiyimiz istiqamətdə irəliləyir. Dünən biz xalq olaraq öz canımız bahasına ölkəmizin müstəqilliyini, gələcəyini qoruduq; Bu gün də pulumuzla, malımızla eyni fədakarlığı edəcəyik” - Prezident Ərdoğan bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















