Avropada qazın qiyməti daha da artdı
Çərşənbə axşamı Avropada qazın qiyməti 1000 kubmetr üçün 1850 dollardan da yuxarı qalxıb.
Marja.az London birjasının məlumatlarına (ICE) istinadən xəbər verir ki, yanvar fyuçers müqaviləsinin qiyməti 1000 kubmetr üçün 1869,5 dollara qədər artıb (və ya MVt/saat üçün 160 avro).
Bu ərəfədə Rusiya şirkəti “Qazprom” dekabrın 21-i üçün Yamal-Avropa qaz kəməri ilə Polşadan təbii qazın tranziti üçün imkanları yenidən sifariş etməyib. Nəticədə bu gün səhər saatlarında kəmərlə fiziki qaz axını Almaniyadan Polşaya əks istiqamətdə gedib.
Həmçinin "Qazprom", yanvar ayında Ukrayna ərazisindən təbii qazın tranziti üçün əlavə güc sifariş etməyib və bazar ertəsi keçirilən hərracda Yamal-Avropa qaz kəməri ilə Polşadan keçmək üçün nəzərdə tutulan gücün 21,6%-ni sifariş edib.
Rusiya qaz holdinqi cümə günündən etibarən Yamal-Avropa qaz kəməri ilə qaz tranziti üçün rezervasiyaların həcmini azaltmağa başlayıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
8 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























