Hər 10 manatlıq ödənişə 1 bilet təqdim olunur
“Daha çox ödə, daha çox qazan” adlı lotereyaya start verildi.(®) “SOCAR Petroleum” Qapalı Səhimdar Cəmiyyəti və “Paysis” MMC “Daha çox ödə, daha çox qazan” adlı stimullaşdırıcı lotereyasına start verib.
Hər bir sürücü minimum 10 AZN dəyərində olan yanacağı istənilən "SOCAR Petroleum"da QR kod vasitəsi ilə VİSA kartla ödəniş edərək, avtomatik kampaniya iştirakçısı olur. Hər 10 AZN ödəniş üçün 10 rəqəmdən ibarət 1 eyniləşdirmə kodu müəyyən olunur. Həmin kod istifadəçinin şəxsi hesabında olan Məktub qutusuna göndərilir. Eyniləşdirmə kodu oyunda iştirak üçün istifadə edilir (lotereya bileti olaraq). Hər əməliyyatın məbləğinə uyğun olaraq bilet təqdim olunur. Məsələn, 50 AZN ödəniş edən istifadəçi 5 lotereya bileti (hər 10 AZN üzrə 1 eyniləşdirmə kodu) əldə etmiş olur.
Hər istifadəçi bir neçə dəfə ödəniş edə bilər ki, bu da qalib olma şansını artırır.
Sonrakı mərhələdə eyniləşdirmə kodunun hər biri https://www.random.org-a daxil ediləcək.
28.03.2022-ci il tarixində saat 12:00-da E-Pul.az-ın rəsmi Facebook səhifəsində qaliblər Rondom vasitəsi ilə seçilir.
Lotereya qalibləri 90 iş günü ərzində hədiyyəsini əldə etmək üçün müraciət edə bilərlər. 90 gün keçdikdən sonra, 1 ay ərzində uduşunu əldə edə bilərlər.
Lotereyanın keçirilmə müddəti: 25.12.2021- 25.03.2022-ci il (00:00-23:59)
Lotereyada hər bir EPUL istifadəçisi iştirak etmək hüququna malikdir.
Lotereyanın uduş fonduna daxil olan məhsullar:
1) İphone 13 pro 128GB (1 ədəd)
2) Samsung S21 (1 ədəd)
3) Nokia 3.1 (5 ədəd)
4) SOCAR-dan 100 AZN dəyərində hədiyyə kartı (15 ədəd)
Lotereyada pul uduşu nəzərdə tutulmayıb.
Qeyd: Kampaniya müddətində xidmət üzrə 2 qat bonus xalı təqdim edilir.
E-Pul.az-ın yaradıcısı olan “PAYSİS” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet, YDM və digər ödənişləri, eləcə də müxtəlif məhsulların alışını təmin edir.
Xidmətlərdən aşağıdakı mənbələrlə yararlana bilərsiniz:
- WEB: https://e-pul.az/epay/home
- Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
- IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
Ətraflı məlumat üçün *1919 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 7 d. əvvəl
-
- 54 d. əvvəl
-
3 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
4 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
4 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanın şirkətlər qrupunun Daşkəntdə ofisi açıldı
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
Ən çox oxunanlar
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır






















