Türkiyə Mərkəzi Bankı Lirəni qorumaq üçün dekabrda 7,3 milyard dollar satıb
Türkiyə Mərkəzi Bankının (TMB) valyuta bazarına son müdaxiləsinin məbləği müəyyənləşib.
Belə ki, TMB-nin 17 dekabr 2021-ci ildə 2 milyard 123 milyon dollarlıq birbaşa valyuta satışının edildiyi açıqlanıb. Mərkəzi Bank ilk dəfə 2021-ci il dekabrın 1-də 844 milyon dollarlıq satış həyata keçirib. Bunun ardınca dekabrın 3-də (504 milyon dollar), 10 dekabrda (687 milyon dollar) və 13 dekabrda (3 milyard 120 milyon dollar) müdaxilələr baş verib.
Son rəqəmlərə əsasən, bankın dekabr ayında etdiyi bütün müdaxilələrin cəmi 7 milyard 278 milyon dollar olub.
Xatırladaq ki, dekabrda Türkiyədə illik inflyasiya 36,08% təşkil edib. Milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırmışdı. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirmişdi.
Türkiyə Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 dollar 13,6598 lirəyə ticarət olunur.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















