Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu
Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.
Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.
"Marja"nın məlumatına görə, bundan əvvəl Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin edilmişdi.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çində ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir.
Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. O hazırda "Günay Sığorta" şirkətinin Direktorlar Şurasının sədridir. Həmçinin, 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri idi.
Teymur Nadiroğlu biznes administrasiyası sahəsində bakalavr, rəhbərlik və menecment üzrə aspirantura təhsilini ABŞ-ın Northeastern və Harvard universitetlərində alıb. İngilis, rus, türk və Çin dillərini bilir.
2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 mlrd. ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracının həcmi 5,1 dəfə artaraq 272 mln. ABŞ dolları, idxal isə 38% artaraq 704 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin ilk 4 ayında da artım dinamikası davam edib və ölkələrimiz arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 mln. ABŞ dolları təşkil edib.
Ölkəmiz Çin Xalq Respublikası ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
3 saat əvvəl
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də - FOTOLAR
-
8 saat əvvəl
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Tramp: Yüksək səviyyəli iranlı rəsmilərlə görüşməyə hazıram
Tramp: İranla razılaşma bu gün imzalanacaq
Ən çox oxunanlar
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
DJ Turaldan avtomobil sürücülərinə vacib mesaj! - VİDEO
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?











.jpg)







