Yüksək inflyasiya ABŞ iqtisadiyyatına zərər vurur - FED rəhbəri
Yüksək inflyasiya Amerika vətəndaşları üçün yükə çevrilir və Birləşmiş Ştatların iqtisadiyyatına ziyan vurur.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauel məlumat verib.
Pauel, dinləmələrin keçirildiyi ABŞ Senatının Bank komitəsində qanunvericilərin suallarına cavabında, "Yüksək inflyasiyanın xüsusilə qida, mənzil və nəqliyyat kimi əsas ehtiyaclara daha yüksək xərcləri ödəyə bilməyənlərə zərər verdiyini bilirik", -deyib.
Pauellin sözlərinə görə, Amerikanın əmək bazarı sabitdir və iqtisadiyyat “uzun illərin ən sürətli tempilə inkişaf edir”.
"Biz pandemiyadan sonrakı iqtisadiyyatın müəyyən mənada fərqli olacağını başa düşməyə başlaya bilərik", - o deyib.
FED rəhbəri bir daha qeyd edib ki, baza faiz dərəcəsinin artırılması inflyasiyanın azalmasına səbəb ola bilər. “Əgər biz inflyasiyanın gözlənildiyindən daha uzun müddət yüksək qaldığını görsək, o zaman faiz dərəcələrini artırmalı olacağıq. İnflyasiyanın aşağı salınması üçün öz imkanlarımızdan istifadə edəcəyik."
ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə yüksəlib. Ekspertlər gözləyirlər ki, çərşənbə günü ölkə hakimiyyəti son 12 ayda istehlak qiymətlərinin 7,1% artdığını bildirəcək. Ekspertlər FED-in mart ayından baza faizini artırmağa başlayacağını proqnozlaşdırırlar. 2022-ci ildə FED-in üç dəfə faiz artıracağı gözlənilir. Dekabrda FED uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















