5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub
“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.
Bu barədə KTM-dən məlumat verilib.
Mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin yeni baş həkimi təyin edilib.
Qeyd edək ki, Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
V.Hüseynzadə 17 may 1978-ci ildə Şəmkir rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə ETMGİ-də internatura kursu keçib. 2002-ci ildə orada həkim, anestezioloq-reanimatoloq kimi işə başlayıb, 2003-cü ildən 2021-ci ilin yanvar ayına qədər elmi və böyük elmi işçi, eyni zamanda praktik cərrah, mama-ginekoloq kimi fəaliyyət göstərib.
V.Hüseyzadə 2009-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru adını alıb.
Otuzdan çox məqalə və tezislərdə müəllif və həmmüəllif kimi iştirak edib.
Dünyanın bir çox ölkələrində beynəlxalq nüfuzlu konfrans və konqreslərdə məruzəçi kimi çıxış edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)





