“Nar+” tətbiqi yeniləndi!
(®) Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinə abunəçilərin rahatlığı üçün yeni funksiyalar əlavə edilib.
Belə ki, istifadəçilər artıq “mənə zəng et” və “pul sorğusu” əməliyyatlarını əlavə SMS göndərmək ehtiyacı olmadan, tətbiq üzərindən asanlıqla yerinə yetirə biləcəklər. Bunun üçün ana səhifədən “kömək üçün sorğu” bölməsinə daxil olub lazım olan sorğu növünü seçərək qarşı tərəfin nömrəsini daxil etmək kifayətdir.
Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Bu tətbiqlə abunəçilər tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilərlər. Qeyd edək ki, ötən illə müqayisədə tətbiqdən yararlanan “Nar” abunəçilərinin sayı 80% artıb.
Yenilənmiş “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 99,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
51 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir

























.jpg)