“AzInTelecom”un xalis mənfəəti 63 % artıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2020-ci ili 71 milyon 210 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 63,2 % çoxdur.
2020-ci ildə “AzInTelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 476 milyon 437 min manat (2019-cu ilə nisbətən 3,3 % çox), xidmətlərinin maya dəyəri 261 milyon 24 min manat (5,1 % çox), ümumi və inzibati xərcləri 105 milyon 574 min manat (12 % az), debitor borclar üzrə ayırmaları 1 milyon 473 min manat (37,2 % az), maliyyə gəlirləri 2 milyon 876 min manat (1,3 % az), maliyyə xərcləri 31 milyon 317 min manat ( 4,2 % az), xarici valyutaların mübadiləsindən gəlirləri 35,4 milyon manat (83,4 % çox), digər gəlirləri 1 milyon 482 min manat (8 % çox), digər xərcləri 1 milyon 771 min manat (66,4 % çox), vergidən azadolma üzrə gəlirləri 14 milyon 363 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 58 milyon 188 min manat (48 % çox) təşkil edib.
Ötən il yanvarın 1-nə “AzInTelecom”un aktivləri 1 milyard 268 milyon 31 min manat olub ki, bu da illik müqayisədə 13,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 34,5% azalaraq 467 milyon 483 min manata düşüb, balans kapitalı isə 6,3 % artaraq 800 milyon 547 min manata çatıb.
Xatırladaq ki, "AzInTelecom" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.
“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas səhmdarıdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)


