Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Yanvarın 19-dan etibarən regionlarda yerləşən hotellər üçün milli ulduz təsnifatının aparılması ilə əlaqədar təlimlər həyata keçiriləcək.
Təlimlər çərçivəsində Azərbaycan Turizm Bürosunun və Azərbaycan Hotel Assosiasiyasının əməkdaşları tərəfindən regionlarda yerləşən hotellərin nümayəndələrinə təsnifat prosesi və meyarlar haqqında ətraflı məlumat veriləcək, sənayə nümayəndələri ilə müzakirələr aparılacaq.
Təlimlər müvafiq olaraq şimal və cənub bölgəsində yerləşən mehmanxanalar üçün yanvarın 19-da Quba, yanvarın 26-da Lənkəran şəhərlərində keçiriləcək. Fevral ayında təlimlərin ölkənin digər regionlarında davam etdirilməsi nəzərdə tutulur.
Təlimlərdə iştirak etmək istəyən hotel nümayəndələri Azərbaycan Hotel Assosiasiyası ilə [email protected] e-poçt ünvanı və ya +994 51 206 25 67 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat sonra
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
22 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























