Netflix abunəçilərinin sayı gözləniləndən aşağı olub
2021-ci ilin dördüncü rübündə “Netflix” xidmətinə ödənişli abunə olmaq üçün qeydiyyatdan keçən insanların sayı şirkətin proqnozundan aşağı olub. Marja xəbər verir ki, bu barədə "Netflix"in cümə axşamı dərc olunan maliyyə hesabatlarından məlum olur.
Şirkət 2021-ci ilin sonunda "Netflix" abunəçilərinin sayının 222,06 milyon nəfər olacağını proqnozlaşdırmışdı. Cümə axşamı dərc olunan hesabatlara görə, dördüncü rübdə onların cəmi sayı 221,84 milyonu olub. Eyni zamanda, şirkət bu ilin birinci rübündə ən azı 2,5 milyon insanın abunə olacağını gözləyir.
Rüblük hesabatların dərci fonunda Nyu-York Fond Birjasında ticarətin bağlanmasından sonra "Netflix" səhmlərinin dəyəri 20% ucuzlaşıb.
Şirkətin hesabat dövründə gəliri 7,7 milyard dolları, mənfəəti isə 607 milyon dolları ötüb. Üçüncü rübün nəticələrinə görə, birinci rəqəm 7,48 milyard dollar, ikincisi isə 1,44 milyard dollar təşkil etmişdi.
Netflix 1997-ci ildə yaradılıb. Onun qərargahı Kaliforniya ştatının Los Qatos şəhərində yerləşir. Şirkət 190-dan çox ölkədə yayım xidmətləri göstərir. 2013-cü ildən "Netflix" öz filmlərini, seriallarını və televiziya şoularını istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 31 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























