“Belə ucuz qiymətə araq istehsal etmək mümkün deyil” - TƏHLÜKƏLİ "VODKA"LAR
Şərabçılara “vodka”çı dedi
“Ötən il ərzində Azərbaycanda yaranan onlarla yeni istehsal müəssisələrindən biri də şərab istehsalçısı deyil. Əksinə, əvvəllər şərab və konyak spirti istehsalı ilə məşğul olanlar da artıq “vodka” (araq) istehsalına başlayıblar. Çünki ölkənin alkoqollu içki bazarında bəzi problemlər yaşanır və bu problemlər şərabçılığın inkişafına ciddi şəkildə mane olur”.
Bunu Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının Elçin Mədətov deyib.
Onun sözlərinə görə, lisenziyaların ləğv edilməsi bəzi işbazları vəzifə başına keçirib:
“Ötən il yanvar ayının 1-dən etibarən alkoqollu içkilərin istehsalına, satışına və idxalına xüsusi razılıq (lisenziya) tələb edilmir. Bundan istifadə edən bir çox işbazlar az xərcləyib çox qazanmaq həvəsinə düşüblər. İllərdir şərab istehsalı ilə məşğul olan, müasir avadanlıqlarla təchiz olunub, xarici bazarlara məhsul istehsal edən iri potensiallı zavodların fəaliyyəti isə müəyyən problemlərlə üz-üzə qalıb. 2015-ci ilin sonunadək respublikada lisenziya əsasında “vodka” və tünd içki adı altında 8 araq istehsalçısı var idisə, artıq bu gün təkcə araq istehsalçılarının sayı respublika ərazisində 37-yə çatıb. Bu işlə məşğul olan fiziki şəxslərin sayı isə 20-dir. Bunlardan yarıdan çoxu ötən illərdə qeyri-leqal şəkildə fəaliyyət göstərirdilərsə, hazırda onlar öz fəaliyyətlərini leqallaşdırıblar. Bu rəqəmlər ölkədə özəl sektorun, xüsusilə də alkoqollu içki istehsalı sahəsində inkişafın bir göstəricisi hesab edilə bilər. Amma reallıq bir qədər başqadır. Bəzən 20-30 nəfərin çalışdığı müəssisələrdə mənbəyi məlum olmayan xammaldan istifadə edilməklə keyfiyyətsiz, insan səhhətinə təhlükəli araq məhsulları istehsal edilərək ucuz qiymətlərlə bazara yerləşdirilir. Mütəxəssislər hesab edirlər ki, bütün istehsal standartlarına riayət etməklə, belə ucuz qiymətə məhsul istehsal etmək mümkün deyil. Deyilənə görə, bu sahədə yeni bir ənənə də formalaşır. Ayrı-ayrı işbazlar bu və ya digər sexlərdə müxtəlif adlarda 30-50 min butulka süzdürüb özləri mağazalara yenə ucuz qiymətə paylayırlar. Bu cür içkilər isə insan orqanizmi üçün təhlikəli olduğundan gələcəkdə böyük fəsadlara yol aça bilər”.
Qeyd edək ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının ətrafında birləşən bir sıra müəssisə rəhbərləri bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilən görüşündə onları narahat edən bu və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşdə aksiz markalarının rənginin dəyişdirilməsi, lisenziyaların təkmilləşdirilmiş formada geri qaytarılması, bu sahəyə nəzarət müxanizmlərinin daha da gücləndirilməsi, yeni qaydaların işlənib hazırlanması və s. kimi təkliflər vəziyyətdən çıxış yolu kimi göstərilib. Sahibkarlar bildiriblər ki, alkoqollu içkilər bazarında baş verən və getdikcə də dərinləşən xaosun qarşısını almaq məqsədi ilə alkoqollu içkilərin istehsalı və idxalı fəaliyyəti əvvəllər olduğu kimi Lisenziya əsasında həyata keçirilsin. MDB dövlətlərində olduğu kimi stehsal olunan vodka (araq) məhsullarına minimal satış qiyməti tətbiq olunsun:
“Belə olan halda sexlərdə istehsal olunan mənşəyi və mənbəyi bilinməyən keyfiyyətsiz məhsulların ucuz qiymətlərlə mağazalarda satışına son qoyula bilər”.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
© Report
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
19 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















