AccessBank ilin ilk təcrübə proqramına start verir
AccessBank-dan tələbələr üçün təcrübə proqramı - BANKDA ÇALIŞ VƏ ÖYRƏN(®) Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank tələbələrin inkişafını və uğurlu karyera seçimini dəstəkləmək məqsədi ilə növbəti dəfə Tələbə Təcrübə Proqramını açıq elan edir.
3 ay davam edəcək təcrübə proqramında Bakı və bölgələri təmsil edən tələbələr AccessBank-ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
Təcrübəçilər Bankın Mərkəzi, Lökbatan, Xaçmaz, Gəncə filiallarında, həmçinin Baş Ofis - Administrasiya və Təhlükəsizlik, Daxili Audit, Biznesə Dəstək, İT İnfrastruktur və Əməliyyatlar/Texniki Dəstək departamentlərində təcrübə keçəcəklər.
AccessBank-ın Tələbə Təcrübə Proqramı ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər yalnız müsahibədən keçməlidirlər.
Seçimdə iştirak hüququ əldə etmək üçün təcrübə qazanmaq istədiyiniz istiqaməti CV formasında göstərin və qeydiyyatdan keçin.
Müraciət üçün son tarix: 06.02.2022.
Hər kəsə uğurlar!
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)






