OPEC+un bugün də xahişlərə nəzakətli imtina ilə cavab verəcəyi gözlənilir
Bugün OPEC+ nazirləri neft hasilatını müzakirə edəcəklərOPEC+ ölkələrinin nazirləri bugün videokonfransda mart ayı üçün neft hasilatı planını müzakirə edəcəklər.
Marja-nın məlumatına görə, çox güman ki, müttəfiqlər neft hasilatının ayda gündəlik 400 min barel bərpa olunması üzrə hazırkı cədvəli təsdiq edəcəklər.
23 üzvdən ibarət OPEC+ alyansı pandemiyanın təsirindən dağılan neft bazarını bərpa etmək üçün 2020-ci ilin may ayından neft hasilatını birgə tənzimləyir. Onlar hasilatlarını azaltmışdılar, lakin 2021-ci ilin ortalarından məhdudiyyətləri tədricən yumşaldırlar. Belə ki, 2020-ci ilin may ayında onlar hasilatı sutkada 9,7 milyon barel azaldıblarsa, 2021-ci ilin dekabrında kvota 3,759 milyona endirilib. Eyni zamanda, bütün iştirakçı ölkələrin hasilatı müəyyən olunmuş tempdə bərpa etmək üçün kifayət qədər imkanları yoxdur. Buna görə də dekabrda onlar haslatı gündəlik 4,586 milyon barel azaldaraq, azalma planını 122% yerinə yetiriblər. Bu amil qismən neftin qiymətinin yüksək səviyyədə saxlanmasına kömək edir. Neftin qiymətinin yeddi ilin ən yüksək səviyyəsində - bir barel üçün 90 dollar civarında olmasına baxmayaraq, ixracatçılar müəyyən olunmuş tempə sadiq qalır və istehlakçıların təklifin artımını sürətləndirmək xahişlərinə nəzakətli imtina ilə cavab verilir.
Artıq yeddi aydır ki, OPEC+ ölkələri hasilatı sutkada 400 min bareldən çox artırmırlar və faktiki olaraq, bəzi aylarda artım daha da aşağı olur. OPEC nümayəndə heyətlərindən birinin sözlərinə görə, çərşənbə günü keçiriləcək görüşdə sürpriz olmayacaq, müttəfiqlər “gündəlik 400 min barel bərpanı” müzakirə etmək niyyətindədirlər. Buna OPEC+ texniki komitəsi tərəfindən hazırlanmış 2022-ci il üçün bazarın nikbin inkişafı proqnozu kömək edə bilər: Sənəddən belə çıxır ki, 2022-ci ildə neftə tələbat gündə 4,2 milyon barel artacaq və ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəsini keçəcək.
Çərşənbə günü texniki komitənin qiymətləndirmələri monitorinq komitəsinin nazirləri tərəfindən Bakı vaxtı ilə saat 16:00-da onlayn iclasda müzakirə olunacaq. OPEC+ ölkələrinin hasilat səviyyələri ilə bağlı qərarı Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılan iclasda təsdiqlənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
-
1 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
-
14 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
15 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Xalq Bankdan depozit seyfi xidməti








.jpg)















