Azərbaycanda əkinlərin şaxtavurmadan sığortası başlayıb – QAYDALAR, ŞƏRTLƏR
Azərbaycanda ilk dəfə olaraq meyvə bağlarının və əkin sahələrinin donvurma-şaxtavurmadan sığortası başlayıb.
Aqrar Sığorta Fondunun Marja-ya məlumatına görə,dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi artıq donvurma riskini də əhatə edir.
Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli müvafiq qərarları ilə aqrar sığortanın təminat verdiyi risklərin siyahısı bir qədər də genişləndirilib və buraya şaxtavurma riski də əlavə edilib.
"Aqrar sığorta ilə bağlı regionlarda keçirilən görüşlərdə fermerlərin qaldırdığı və ən çox ehtiyac duyulan sığorta risklərindən biri də donvurmadan sığorta idi. Bunu nəzərə alaraq təsərrüfatların effektiv qorunması məqsədilə aqrar sığortanın əhatə dairəsinə bu risk də əlavə edilib"-deyə Aqrar Sığorta Fondundan bildirilir.
Nəticədə fermerlər və əkinlə məşğul olan sahibkarlar meyvə bağlarını və əkinlərini donvurma riskindən güzəştli şərtlərlə sığorta edə bilərlər. Aqrar sığortanın bütün məhsullarında olduğu kimi, şaxtavurma (donvurma) sığortasında da sığorta haqqının yarısını fermerə dəstək məqsədilə dövlət ödəyir.
Şaxtavurma-donvurma - əkinçilikdə, xüsusilə də meyvəçilikdə təsərrüfatlara ən çox zərər vuran risklərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanın təcrübəsindən yararlandığı Türkiyədə hər il donvurmadan dəyən zərərə görə, böyük məbləğdə sığorta ödənişləri edilir.
Azərbaycanda şaxtavurma-donvurmadan sığorta, ayrıca sığorta riski kimi nəzərdə tutulub. Əkin sahəsini bu riskdən sığorta etmək istəyən fermerlər onu əlavə ödəniş etməklə, baza zərfinə əlavə olaraq ala bilərlər.
Donvurma riski üzrə alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, alça, albalı, çiyələk, zeytun, badam, qoz, fındıq, limon, naringi, portağal bağlarını sığortalamaq mümkündür.
Sığorta tarifləri regionlardan asılı olaraq dəyişir, istənilən halda sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
20 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 45 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
2 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
Ən çox oxunanlar
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib



















