Evlər turizm obyekti kimi əsis olunacaq - 226 MÜRACİƏT
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə 200-dən çox müraciət daxil olubKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə müraciətlərin qəbulu başa çatıb.
Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında yaşayan, turizm sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq və ya özünüməşğulluğunu təmin etmək istəyən vətəndaşlardan ümumilikdə 226 müraciət daxil olub. Daha çox müraciət Zaqatala rayonu üzrə qeydə alınıb.
Hazırda layihəyə müraciət edən vətəndaşların seçimi aparılır, turizm obyekti kimi təsis olunacaq evlərin vəziyyəti öyrənilir. Seçim prosesi başa çatdıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə müvafiq işlər aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.
Layihə çərçivəsində qeyd olunan rayonlarda ümumilikdə 50 kənd qonaq evinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























