Şamil Qoçulu: “Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub”
“Sirr deyil ki, koronavirus pandemiyası son bir neçə ildə demək olar ki, bütün ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Planet sakinlərinin yarıdan çoxu sərt karantin tədbirləri ilə üzləşib və bu da sözsüz ki, ölkələrin iqtisadiyyatlarına mənfi təsirsiz ötüşməyib”.
Bu fikirləri Azərbaycanda peşəkar maliyyə xidmətlərinin göstərilməsi ilə fərqlənən “Finance Group Accounting & Consulting” şirkətinin baş direktoru və həmtəsisçisi Şamil Qoçulu səsləndirib.
Onun sözlərinə görə, bununla belə, 2021-ci il dünya iqtisadiyyatının COVID-19 pandemiyasının təsirlərindən yavaş-yavaş bərpa olmaq və yenidən dirçəlmək dövrü kimi yadda qalıb:
“Bir çox ölkələrdə əhalinin koronavirusa qarşı kütləvi şəkildə peyvəndlənməsinə başlanması, karantin məhdudiyyətlərinin yüngülləşdirilməsi və əhaliyə dəstək tədbirlərinin gücləndirilməsi qlobal istehlak tələbini canlandırmağa və şirkətlərin, müəssisələrin işini bərpa etməyə şərait yaradıb.
Sözsüz ki, Azərbaycanın təhsil, səhiyyə, turizm və s. bir çox sahələri kimi ölkə iqtisadiyyatı da pandemiyanın təsirlərinə məruz qalıb. Lakin gərgin dövrü geridə qoyan ölkə iqtisadiyyatı 2021-ci ili uğurla başa vurub. Belə ki, geridə qoyduğumuz il Azərbaycan iqtisadiyyatında 5%-dən çox artım müşahidə edilib. Bu, əhəmiyyətli dərəcədə ciddi artım hesab oluna bilər. Belə ki, ölkə iqtisadiyyatı ötən ilin əvvəlində sərt karantin tədbirləri şəraitində dinamikasını qoruyub saxlaya bilib. Ölkə iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyətə qayıdaraq inkişaf etməsi isə təbii ki, təsadüfi deyil.
Bir çox ölkələrdə pandemiyanın iqtisadiyyata vurduğu zərərləri aradan qaldırmaq istiqamətində planlar hazırlandığı bir zamanda, Azərbaycanda dövlət tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülüb. Sözügedən bu zəruri tədbirlər və pandemiyanın nəzarətə götürülməsi sayəsində bir sıra sektorda iqtisadi artıma nail olmaq mümkün olub.
Bununla yanaşı, Vergi Məcəlləsinə edilən müvafiq dəyişiklikləri xüsusilə vurğulamaq lazımdır ki, sözügedən bu dəyişikliklər sayəsində həllini gözləyən bir sıra məsələlər tənzimlənəcək”.
“Finance Group”un həmtəsisçisi qeyd edib ki, bununla belə, dünyada 2021-ci ilin əvvəlində bərpa prosesləri yüksək templərlə irəlilədiyi halda, ilin sonunda həmin dinamika yavaşlamağa başlayıb. Bu amil həmçinin cari il üçün də keçərlidir. İqtisadçılar isə bunu koronavirusun yeni ştamlarının peyda olması və bir çox ölkələrdə bütün əhalinin sürətlə peyvəndlənməsini təmin edə bilməməsi ilə əlaqələndirirlər. Bu məqamda xatırlatmaq lazımdır ki, ötən ilin noyabr ayında dünya birjalarında neft qiymətlərinin kəskin enməsi məhz koronavirusun “Omicron” ştamının aşkar olunmasına dair xəbərlər ilə əlaqədar idi. Belə ki, bu zaman qiymətlər neftə tələbin azalacağı ilə bağlı narahatlıqlar fonunda enirdi.
Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirməsinə əsasən isə, pandemiyanın növbəti dalğası və yeni ştamların yayılması qlobal iqtisadiyyatın gələcək perspektivləri ilə bağlı qeyri-müəyyənlikləri artırıb. Eyni zamanda, dünyada inflyasiyanın artması vəziyyəti əlavə olaraq pisləşdirir.
“Hazırda bir çoxlarını düşündürən əsas məsələ 2021-ci ildə müşahidə edilən iqtisadi artımın bu il də davam edib-etməyəcəyidir. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, dünyada pandemiya ilə bağlı çətinliklər, yeni ştamların peyda olması fonunda yaranan narahatlıqlar iqtisadiyyatın müxtəlif sahələrinə təsirsiz ötüşməyə bilər. Lakin ölkədə bu istiqamətdə görülən tədbirlər, atılan addımlar bu artım dinamikasının qorunub saxlanılacağını deməyə əsas verir.
Üstəlik, bir sıra xarici maliyyə qurumları öz proqnozlarında 2022-2023-cü illərin ölkə iqtisadiyyatı üçün uğurlu olacağını qeyd edirlər. Belə ki, BMT-nin “Dünya İqtisadiyyatının Vəziyyəti və 2022-ci il üçün perspektivlər” hesabatında bu il Azərbaycanın ÜDM-nin 4% artacağı proqnozlaşdırılır. Bu isə ölkə iqtisadiyyatının dayanıqlı böyümə və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir”, - deyə Şamil Qoçulu bildirib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub


























