Putin: "Rusiya təbii qaz ixracını davam etdirəcək"
"Rusiya dünya bazarına təbii qaz, o cümlədən LNG ixracına davam edəcək, bununla bağlı infrastrukturu təkmiləşdirəcək, qaz sənayesinə sərmayəni artıracaq".
Bunu Rusiya Prezidenti Vladimir Putin Qaz İxracatçısı Ölkələri Forumunun (GECF) növbəti zirvə görüşünün iştirakçılarına müraciətində bildirib.
Müasir dövrdə təbii qazın ekoloji təmiz yanacaqlardan biri kimi daha mühüm əhəmiyyət kəsb etdiyini deyən Rusiya Prezidenti enerji mənbələrinin modernləşdirilməsi üçün düşünülmüş yanaşma və milli şəraiti nəzərə almağın vacibliyini vurğulayıb.
“Başlıca vəzifə ucuz, dayanıqlı, müasir enerji mənbələrinə hamının çıxışını təmin etməkdir. Fikrimcə, dünya birliyi enerji keçidinin ayrı-ayrı qrupların siyasi və iqtisadi mənafeyini təmin etmək üçün vasitəyə çevrilməməsində, xüsusilə sanksiya və digər məhdudiyyətlərlə müşaiyət olunmamasında maraqlıdır”, - V.Putin söyləyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
6 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 d. əvvəl
- 11 d. əvvəl
- 50 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib

























