Putin: Ukrayna tərəfi ilə görüşə nümayəndə heyəti göndərməyə hazıram
Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfi ilə görüşün keçirilə biləcəyi Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazır olduğunu bildirib.
Marja xəbər verir ki, danışıqların əsas məsələsi “Ukraynanın neytral statusu”dur.
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun sözlərinə görə, "Lukaşenko Putini əmin edib ki, Minsk Rusiya və Ukrayna arasında danışıqlar prosesi üçün bütün lazımi şəraiti yaratmağa hazır olacaq".
Bu gün Rusiya Prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirmişdi ki, “Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.
Ukrayna Prezidenti Zelenski də danışıqlar masasına oturmaq təklifi ilə Putinə müraciət etmişdi: "Mən Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istərdim. Ukraynanın hər yerində döyüşlər gedir. Gəlin insanların ölümünü dayandırmaq üçün danışıqlar masasına oturaq.".
Çin mətbuatı xəbər verir ki, Si Cinpin və Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Çin lideri, Rusiya və Ukrayna arasında münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























