Aqrar Sığorta Fondu və ADA Universiteti əməkdaşlığa başlayır – MEMORANDUM İMZALANDI
Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə müasir aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu və ölkənin müasir və aparıcı universitetlərindən olan ADA Universiteti arasında əməkdaşlıq və tərəfdaşlıq barədə memorandum imzalanıb.
ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov tərəfindən imzalanan memorandum Universitet və Fond arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Memorandum çərçivəsində Universitetin müəllim və tələbələri son illər ölkə iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən olan kənd təsərüffatı və aqrar sığorta sahələrində həyata keçirilən işlərlə bağlı ətraflı bilik-məlumat alacaq, faydalı təcrübə proqramlarına qatılacaqlar.
Sənədə əsasən, Universitetin tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, o cümlədən menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkil edilməsi planlaşdırılır.
ADA Universitetinin müvafiq ixtisaslarda təhsil alan tələbələrinin Aqrar Sığorta Fondunda istehsalat təcrübəsi keçməsi, yay təcrübə proqramlarının keçirilməsi və sertifikatın verilməsi, eləcə də, təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təmin edilməsi də memorandumun əhatə etdiyi mövzular sırasındadır.
Aqrar Sığorta Fondu və ADA Universiteti arasında başlanacaq əməkdaşlığın mühüm istiqamətlərdən biri də tələbələri Fondun fəaliyyəti və buradakı mövcud vakansiyalar haqda məlumatlandırmaq məqsədilə Universitetdə “Karyera günləri”nin keçirilməsi, eləcə də Universitetin İxtisasartırma Proqramları tərəfindən Fondun əməkdaşları üçün ixtisasartırma kurslarının təşkil edilməsidir.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta sistemi - fermer və iş adamlarına dəstək, onların risklərdən qorunması, aqrar sahənin təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə 2020-ci ildən fəaliyyətə başlayıb.
Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 41 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
10 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
29 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
























