Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin ötən il xüsusi ehtiyatlara ayırmaları əvvəlki illə müqayisədə çox olub.
Bunlar “Turan Bank”, “PAŞA Bank”, “Unibank”, “Naxçıvan Bank”, “Günay Bank” və “Bank Avrasiya” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (10,2 dəfə), ən aşağı dinamika isə “Bank Avrasiya”da (27,5%) qeydə alınıb.
5 bankın – “Rabitəbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank” və “Zıraat Bank Azərbaycan” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Xalq Bank”da (57,3%), ən az azalma isə “Rabitəbank”da (4,2%) qeydə alınıb.
3 bankın – “Bank of Baku” və “Premium Bank” ASC-lərin, Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 3 dəfə, 82% və 6 dəfə artıb, 2 bankın – “Bank VTB Azərbaycan” və “Muğan Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 34,8% və 98% azalıb.
3 bank – “Azərbaycan Sənaye Bankı” və “Kapital Bank” ASC-lər, “Access bank” QSC ötən il xüsusi ehtiyatlara vəsait ayırıb, əvvəlki il qənaət edib, 6 bank – “AFB Bank”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank Respublika”, “Xalq Bank” və “Yelo Bank” ASC-lər isə ötən il xüsusi ehtiyatlar üzrə qənaət edib, əvvəlki il vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
11 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar “Muğan Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, “Xalq Bank”, “Premium Bank”, “Bank Respublika”, “Bank VTB Azərbaycan”, “AFB Bank”, “Bank of Baku” və “Yelo Bank” ASC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Yelo Bank”da (13,326 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (12 min manat) qeydə alınıb.
Qalan 15 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Kapital Bank” ASC-də (137,518 milyon manat), ən aşağı həddi isə “Azərbaycan Sənaye Bankı”nda (13 min manat) qeydə alınıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























