“Azercell” internet qiymətlərinə dəyişikliklər edir
“Azercell Telekom” təklif etdiyi internet paketlərinin bəzilərini ləğv edir, bir çoxunun da qiymətlərini artırır.
Marja.az şirkətə istinadən xəbər verir ki, 15.04.2022-ci il tarixdən başlayaraq internet paketlərindən istifadə edən abunəçilər üçün aşağıdakı şərtlər tətbiq ediləcək:
· Gündəlik 500 MB (qiyməti 1.20 AZN), aylıq 60 MB, eləcə də, limitsiz gecə (qiyməti 2 AZN) paketləri təklif olunan məhsul siyahısından çıxarılacaq və növbəti yeni qoşulmalar mümkün olmayacaq. Həmin paketlərə 15.04.2022-ci ilə kimi qoşulan abunəçilər, paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.
· 1 saat limitsiz internet paketinə - 0,59 AZN (hazırda 0,50 AZN); 3 saat limitsiz internet paketinə - 1,49 AZN (hazzırda 1.20 AZN); 6 saat limitsiz internet paketinə - 2,39 AZN (hazırda 1.89 AZN); Həftə sonu limitsiz internet paketinə - 2,99 AZN (hazırda 1,50 AZN) xidmət haqqı tətbiq ediləcək.
Bundan əlavə, “Azercell” təqdim etdiyi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və fakturasız (SimSim) xətt sisteminin abunəçilərinə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə bəzi tarif paketlərində dəyişiklik edir. Müvafiq olaraq, 15.04.2022-ci il tarixdən etibarən “Bölgə” tarifi üçün hesablama intervalı 60 saniyə kimi tətbiq ediləcək.
Qeyd edilib ki, bütün qiymətlər ƏDV daxil göstərilib. Abunəçilər göstərilən dəyişikliklər, müvafiq tarif paketləri və mövcud tarif paketlərinin dəyişdirilməsi şərtləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir























.jpg)

