Ötən il Azərbaycandan kapital çıxışı 2 dəfədən çox artıb
Ötən il Azərbaycandan 5 milyard dollardan çox kapital çıxarılıb.2021-ci ildə Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar 4 milyard 795.3 milyon dollar, cəlb olunmuş investisiyaların repatriasiyası (geri qaytarılması) 6 milyard 960 milyon dollar təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar 4 milyard 527.7 milyon dollar, cəlb olunmuş investisiyaların repatriasiyası 4 milyard 472.2 milyon dollar təşkil etmişdi.
Marja Mərkəzi Bankın açıqladığı 2021-ci il üzrə Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, 2021-ci il üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-2 milyard 903 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (4 milyard 4.9 milyon dollar) kapitalın repatriasiyası (6 milyard 907.9 milyon dollar - əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumiməbləği 790.3 milyon dollar (30.5% artım) olmuşdur", .- Tədiyyə balansında bildirilir.
Bir sıra iqtisadçılara görə maliyyə hesabının kəsiri ölkədən kapitalın xalis çıxışını göstərir. Maliyyə hesabı - xalis maliyyə aktivlərilə xalis maliyyə öhdəliklərinin cəmidir. Ötən il tədiyə balansının maliyyə hesabının kəsiri 2020-ci illə müqayiədə 2,1 dəfə artaraq - 5 milyard 52.4 milyon dollar təşkil edib (2020-ci ildə - 2 milyard 400.8 milyon dollar).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
























