“Gəncə İş Adamları” İctimai Birliyinin Gəncə - Daşkəsən üzrə nümayəndəliyinə rəhbər təyin edilib
Öncədən məlumat verildiyi kimi, “Gəncə İş Adamları” İctimai Birliyi tərəfindən Gəncə - Daşkəsən iqtisadi rayonunda sahibkarlığın inkişafı ilə bağlı sosial-iqtisadi yönümlü regional miqyaslı layihələrin reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Region üzrə elmi əsaslandırılmış proqram və layihələrin hazırlanması, uğurla həyata keçirilməsi, birliyin üzvləri, həmçinin müvafiq dövlət qurumları ilə əlaqələrin koordinasiya edilməsi məqsədilə təşkilatda yeni kadr təyinatı olub.
Belə ki, “Gəncə İş Adamları” İctimai Birliyinin Gəncə - Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri UTECA (Azərbaycan Texnologiya Universiteti) rektorunun tədris və sənaye üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Eyvazov təyin edilib.
Qeyd edək ki, A.Eyvazov bugünə kimi elmi və pedaqoji fəaliyyətlə yanaşı, dövlət və özəl sektorda müxtəlif rəhbər vəzifələri icra edib.
Xatırladaq ki, GİA üzvlüyü üçün aşağıdakı link vasitəsilə müraciət edə, həmçinin 055 303 99 77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz: https://gia.org.az/uzvluk-muracieti.html
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub





















