Suzuki Hindistanda elektrik avtomobillərinin istehsalına 1,25 milyard dollar sərmayə yatırır
Nikkei qəzeti qeyd edir ki, yeni planın bir hissəsi olaraq şirkət Qucarat ştatında akkumulyator zavodu tikəcək.Yaponiyanın Suzuki Motor konserni şirkət üçün əsas xarici bazar olan Hindistanda elektriklə işləyən avtomobillərin istehsalına təxminən 150 milyard yen (1,25 milyard dollar) sərmayə yatıracaq.
Marja xəbər verir ki, bu barədə bazar günü Nikkei qəzeti məlumat yayıb.
Yeni planın bir hissəsi kimi şirkət Qucaratda akkumulyator zavodu tikəcək, burada artıq benzinlə işləyən avtomobilləri yığan bir obyekt var. O, həmçinin 2025-ci ildən elektriklə işləyən avtomobillər istehsal edəcək. Suzuki həmçinin Hindistanda köhnə avtomobillərin təkrar emalı üçün infrastruktur quracaq.
Hindistan 2030-cu ilə qədər daxili bazarda bütün yeni avtomobil satışlarında elektrikli avtomobil satışlarının xüsusi çəkisini 30 faizinə çatdırmağı qarşısına məqsəd qoyub. Bununla belə, ölkədə hələ də kifayət qədər enerji doldurma stansiyaları yoxdur və ildə elektriklə işləyən avtomobillərin satışı bir neçə min, ümumi satışın isə təxminən 3 milyonu təşkil edir.
Suzuki Hindistan bazarına 1982-ci ildə daxil olub. Hazırda bu ölkədə yeni avtomobil satışlarının təxminən 50%-i Suzuki-nin payına düşür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























