Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir
Azərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması qazın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Avstriya KİV-i xəbər verir ki, bu barədə Avstriyanın enerji tənzimləyicisi “E-Control”un rəhbəri Volfqanq Urbançiç bildirib.
“Rusiya qəfildən qaz xətlərini kəsərsə, təbii qaz anbarlarının cəmi 12 % dolu olan Avstriya nə vaxta qədər tab gətirə biləcək? Hazırda saxlanc yerlərinin doluluq səviyyəsi təxminən ilin bu vaxtına uyğundur. Amma Rusiya qazı ilə bağlı problemlər yaranarsa, başqa variantları da nəzərdən keçirməliyik. Çünki məqsəd anbarlara gələn qışa yetəcək qədər qaz toplamaqdır”, - V.Urbançiç vurğulayıb.
“E-Control”un rəhbərinin sözlərinə görə, Avstriyada qazdan bir milyon evin isidilməsi, eləcə də elektrik enerjisi üçün istifadə olunur, bu səbəbdən də əsas məqsəd elektrik enerjisinin daimi təchizatıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər.
“İndi bu həm Avropa, həm də milli səviyyədə məqsəd Rusiya yanacağından asılılığı (Avstriyada istehlak edilən qazın 80 %-i Rusiyadan gəlir – red.) azaltmaq olmalıdır”, - V.Urbançiç söyləyib.
Qeyd olunur ki, Ukraynada münaqişə başlayandan sonra enerji daşıyıcılarının qiymətləri kəskin artıb və Rusiya qazından mərhələli şəkildə imtinanın qiymətlərin daha da “şişməsinə” səbəb olacağı ilə bağlı narahatlıq var.
V.Urbançiçin sözlərinə görə, indi Azərbaycan, Əlcəzair və ya Norveç kimi digər qaz təchizatçıları ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər: “Əminəm ki, o zaman qiymətlə bağlı vəziyyət normallaşacaq və qazın qiyməti aşağı düşəcək”.
O, Milli Şuranın qazın “strateji ehtiyatları”nın yaradılması ilə bağlı qərarını düzgün hesab edir: “Bu, aylıq istehlaka bərabər ehtiyatdır. Böhran zamanı ondan istifadə etmək olar”.
Almaniya iki il ərzində Rusiya qazından asılılığı tam aradan qaldırmağı qarşısına məqsəd qoyub. “E-Control”un rəhbəri bunu Avstriyanın nümunəsində qeyri-real hesab edir. Bununla belə, o qeyd edir ki, bərpa olunan enerji artıq elektrik enerjisinin 80 %-ni təmin edir: “100 % göstəriciyə 2030-cu ilə qədər nail olmaq lazımdır”.
Xatırladaq ki, cümə günü Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığının azaldılması problemini həll etmək və avropalıları enerji qiymətlərinin yüksəlməsindən qorumaq üçün qaz, hidrogen və mayeləşdirilmiş təbii qazı birgə almaq və saxlamaq barədə razılığa gəliblər. Bununla belə, onlar enerji qiymətlərinə yuxarı həddi müəyyən etməyiblər.
Kollektiv qaz alışına Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri qoşula bilər.
Aİ ölkələrinin liderləri həmçinin blokun icraçı orqanı olan Avropa Komissiyasının yeraltı anbarlarının 80 %-nin noyabr ayına qədər və 90 %-nin 2023-cü ilə qədər doldurulması təklifini də təsdiqləyiblər ki, bunun üçün də yaxın aylarda kütləvi şəkildə satınalmalar tələb olunacaq. Komissiya nümayəndələrinin fikrincə, bu, hazırda 25 % civarında olan mövcud saxlama dərəcəsi ilə müqayisədə böyük sıçrayışa səbəb olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
Daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
9 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
28 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
























