ABB “Teknofest”in tərəfdaşıdır
(®) Mayın 26-29-da Azərbaycanda keçiriləcək “Teknofest” Festivalında ABB tərəfdaş qismində iştirak edəcək.
Bank Festival çərçivəsində təşkil olunacaq “TAKE OFF BAKU” startap sammitinin təşkilatçılarındandır. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapları cəlb edəcək. Yerli və əcnəbi mentorların iştirakına kömək göstərəcək. Həmçinin xarici ölkələrdən investorların və vençur fondların cəlbinə dəstək verəcək.
“Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15.000 USD, 10.000 USD və 5.000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçiriləcək. Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər. Festival haqqında daha ətraflı məlumatı buradan, “TAKE OFF BAKU” startap sammiti haqqında məlumatları isə buradan əldə etmək və müsabiqələrə qoşulmaq olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
23 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 26 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)









.jpg)






