"LUKOYL-Azərbaycan" şirkəti təmir-tikinti şirkətlərini tenderə dəvət edir
"LUKOYL-Azərbaycan" QSC təmir-tikinti şirkətlərini tenderə dəvət edir.
Marja xəbər verir ki, şirkət, Səbail rayonunda yerləşən "LUKOYL-Azərbaycan" QSC-nin baş ofisində, Suraxanı rayonunda yerləşən 5 saylı yanacaqdoldurma məntəqəsində, Abşeron rayonunda yerləşən 3, 32 saylı yanacaqdoldurma məntəqəsində, Xətai rayonunda yerləşən 10 saylı yanacaqdoldurma məntəqəsində, Xaçmaz rayonunda yerləşən 29 saylı yanacaqdoldurma məntəqələrində təmir-tikinti işlərinə dair iki etaplı açıq tenderdə iştirak etməyə dəvət edir.
Tender haqqında ümumi məlumat:
Sifarişçi: "LUKOYL-Azərbaycan" QSC
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13
Əlaqə telefonu: (012) 497-41-38
E-mail: [email protected]
Əlaqələndirici şəxs: L.S.Mikayilova
Sənədlərin tam toplusu tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin verilmiş tələblərə uyğunluq ekspertizasından sonra, sizin ünvana göndəriləcək.
Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 12 aprel 2022-ci il saat 18:00-dək.
Tender təklifləri 29 aprel 2022-ci il saat 18:00-dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.
Tender 2 may 2022-ci il saat 11:00 tarixində yuxarıda qeyd olunmuş ünvanda keçiriləcək.
Qeydə alınmış namizədlərin tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.
Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə icraçının bank hesabına ödənilir.
Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkanı, zəruri sənədlər toplusu olmalıdır.
Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.
Tender təklifləri Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.
Tenderin qalibi ilə tender başa çatdıqdan sonra, 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır.
Tenderdə iştirak üçün "ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsilə almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
17 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI






















