Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Lee Eun-yong arasında görüş keçirilib.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, görüşdə Vüsal Qasımlı ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi, icra olunan inkişaf strategiyaları və eləcə də, İİTKM tərəfindən iqtisadi islahatlar sahəsində aparılan monitorinq və qiymətləndirmə, tədqiqatlar və innovativ layihələr olan https://azexport.az/, https://dth.az/ və http://enterpriseazerbaijan.gov.az/ portalları və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında səfirə ətraflı məlumat verib.
Görüşdə səfir Lee Eun-yong iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib. İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətli olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.
V.Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur kolidorunun açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb. Eyni zamanda, Azərbaycan və Koreya arasında ticarət dövriyyəsinin artırılması, ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Bu istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.
Sonda qonağa İİTKM-in innovativ layihələri haqqında icmallar və Mərkəzin 5 illik yubileyinə həsr olunan jurnal tədim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)













.jpg)





