Qida Təhlükəsizliyi Agentliyindən "Kinder" skandalı ilə bağlı açıqlama
Uşaqlar "Kinder" məhsullarından zəhərlərnib.İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul etmişdir.

Şirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır.
Eyni zamanda İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılmışdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, ölkəmizə idxal olunan bütün növ qida məhsulları, o cümlədən “Ferrero” şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur:
"Məlumat üçün bildiririk ki, ölkəmizə müxtəlif ölkələrdən “Ferrero” şirkətinə məxsus qeyd edilən məhsullar idxal edilmiş və Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilmiş və salmonella törədicisi aşkarlanmamışdır. Eyni zamanda, 2022-ci ildə Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmamışdır.
Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
Qeyd edək ki, "Ferrero" şirkəti "Kinder" məhsullarını geri çağırır. BBC, azyaşlı uşaqlar da daxil olmaqla 63 nəfərin xəstələndiyini bildirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















