"Anbarlarında mal olan bəzi şirkətlər satışı dayandırıb"
Azərbaycanda tikinti materiallarının bir qisminin Rusiya və Ukrayna idxalından asılı olduğu, hazırda həmin materialların ölkəyə gətirilməsində müəyyən problemlər olduğu bəllidir. Belə materiallardan biri də kvarsitdir.
Kvarsit binaların, yolların tikintisində istifadə edilir. Kvarsitin ən effektli növləri bəzək daşı kimi, ucuz daş kəsmə məhsullarının istehsalı üçün material kimi istifadə olunur.
Daha kobud bloklu kvarsit üzlük daş kimi də istifadə olunur. Bir çox hallarda bu daşlar hamamların tikintisində və təmirində də yararlıdır.
Kvarsit monumental sənətdə və nadir strukturların tikintisində də istifadə olunur. Ən yaxşı nümunələrində kvarsit qiymətli dekorativ keyfiyyətlərə malikdir, birinci dərəcəli yarıqiymətli bəzək daşları kimi təsnif edilir.
Kvarsit Azərbaycanda istehsal olunmur, onun ölkəmizə mütləq idxalçısı Rusiyadır. İdxalın 97,3 %-i məhz bu ölkənin payına düşür.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın ticarət tərəfdaşlarına da təsir etməkdədir: “Azərbaycan Dövlət Gömrük Komitəsinin cari ilin yanvar ayı üzrə açıqladığı xarici ticarətin statistikasına əsasən Ukrayna və Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biri kimi ticarət dövriyyəsində müvafiq olaraq 3 və 4-cü yerləri tutur. Hazırda davam edən müharibənin bu ticarət dövriyyəsinə təsir edəcəyi şübhəsizdir”.
Bəs belə olan halda kvarsitin Azərbaycana əsas idxalçısını kim əvəzləyəcək? Hazırda ölkədə bu materialla bağlı sıxıntı yaşanırmı?
Tikinti materialları üzrə ekspert, “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov qeyd edib ki, bu kimi problemlərlə ümumiyyətlə bütün inşaat materialları tədarükçüləri, istehlakçıları, daşınması ilə məşğul olan fiziki və hüquqi şəxslər üzləşiblər:
“Ən böyük problem Ukraynadan gətirilən inşaat materiallarının xammallarında var. Oradan artıq mal gəlmir. Mallar yalnız bəzi böyük partiyalarla ticarətlə məşğul olan şəxslərin anbarlarında qalıb. Onlar da qiymətləri kəskin artırıblar.
Azərbaycanda tikintidə istifadə edilən kərpic yerli istehsaldır. Onun istehsalında istifadə edilən əsas materiallardan biri kvarsitdir. Bizim istehsalçılarımız kvarsiti gətiməkdə əziyyət çəkirlər. Bu da qiymət artımına səbəb olur”.
Ekspert deyir ki, təbii olaraq bu materiallara əvəzedici var:
“Bizim bazarda tikinti üçün mişar daşından, kərpicdən və baha başa gələn betondan istifadə olunur. Ən ucuz başa gələn mişar daşıdır. Bu materialdan daha çox fərdi evlərin tikintisində istifadə olunur. Çoxmənzilli binaların inşasında mişar daşı yaramır, yalnız kərpicdən istifadə olunmalıdır. Düşünürəm ki, hazırkı vəziyyətdə kvarsitdən istifadə olunan materialların ya qiyməti yüksək olacaq, ya da keyfiyyəti aşağı düşəcək. Hər ikisinin olması gözləniləndir. Qeyri-stabillik aradan qaldırılmayana kimi qiymətlərdə artım olacaq”.
E.Azadov anbarlarında mal olan bəzi şirkətlərin malın satışını dayandırıb, qeyri-stabil prosesin keçməsini gözlədiklərini deyir. Amma alternativ bazar axtaranlar da var.
“Rusiyaya alnernativ bazar kimi İran və Çini demək olar. Son illərdə bazarda Hindistan daşına müraciət var. İranda metlak və kafelin istehsalı olduqca yüksəlib. İran bu məhsulların keyfiyyətini olduqca artırıb. İranda daxili istehsalatdır deyə, onlar heç kimdən asılı deyillər. Öz aralarında da rəqabət var. Düşünürəm ki, onlar bizim bazarda bəzi malları üstələyə biləcəklər”, - ekspert hesab edir.
Tikinti şirkətlərindən birinin direktoru Milana Süleymanova bildirib ki, kvarsitin gətirilməsində heç bir problem yaşanmır:
“Ukrayna məhsullarının gəlişində problem olsa da, Rusiya mallarının idxalı ilə bağlı heç bir narahatlıq yaşanmır. Təbii ki, qiymət artımı var. Amma dəqiq rəqəm deyə bilməyəcəyəm. Məhsullar fərqli olduğu kimi, qiymətlər də fərqlənir. Yaxın bir həftə ərzində dəqiq məlumatımız olacaq. Yeni bazarlara gəlincə, axtarışlar hər zaman davam edir, amma konkret addım hələ ki yoxdur”.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 saat əvvəl
-
12 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
12 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
14 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
14 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
















