Azərbaycanın neft-qaz sektoru "bayram edir"
Azərbaycanın neft-qaz sektoru "bayram günlərini yaşayır". Belə ki, bu sektora daxil olan mallar üzrə ixracın həcmi 2 dəfə artıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin 1-ci rübündə Azərbaycandan ixrac olunmuş neft-qaz sektoruna daxil olan malların dəyəri 7 milyard 253 milyon 723 min dollar təşkil edib. Ötən ilin eyni dövründə 3 milyard 636 milyon 349 min dollarlıq neft-qaz sektoruna daxil olan malları idxal edilmişdi.
2021-ci ilin 1-ci rübündə xam neft ixracının dəyəri 2 milyard 664 milyon 616 min dollar ikən, 2022-ci ilin 1-ci rübündə 3 milyard 680 milyon 32 min dollar təşkil edib (1 milyard 15 milyon dollar və ya 38% artıb).
Təbii qaz ixracının dəyəri isə 4 dəfə artaraq 3 milyard 463 milyon 859 min dollar təşkil edib. Ötən ilin ilk rübündə təbii qaz ixracının dəyəri 867 milyon 67 min dollar təşkil etmişdi.
Neft və qaz sektoru malları üzrə ixrac gəlirlərinin artması dünya bazarlarında qiymətlərin kəskin yüksəlməsi ilə əlaqədardır.
Azərbaycaın 7 milyard 980 milyon 927 min dollarlıq ixracının 91%-i neft-qaz sektoruna daxil olan mallar üzrədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 18 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)




.jpg)




