Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7% artırıb
Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 52 milyard 400,5 milyon ABŞ dolları təşkil edib.
Bunun 86,4%-i və yaxud 45 milyard 264 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 milyard 136,5 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 300 milyon dollar və yaxud 0,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 238,9 milyon dollar və yaxud 0,6 %, AMB-nin valyuta ehtiyatlarında isə 61,1 milyon dollar və yaxud 0,9 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 3 milyard 283,0 milyon dollar və yaxud 6,7% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 2 milyard 502,7 milyon dollar və yaxud 5,9 %, AMB-nin valyuta ehtiyatları isə 780,3 milyon dollar və yaxud 12,3 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.04.2022 | 45 264,0 | 7 136,5 | 52 400,5 |
01.01.2022 | 45 025,1 | 7 075,4 | 52 100,5 |
01.10.2021 | 44 226,4 | 7 033,8 | 51 260,2 |
01.07.2021 | 44 104,9 | 6 455,3 | 50 560,2 |
01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
2 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
3 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 7 d. əvvəl
- 13 d. əvvəl
- 17 d. əvvəl
-
26 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
-
35 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
40 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
40 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Ən çox oxunanlar
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Azərbaycan neftinin son qiyməti


























