“BakuBus”ın yeni alınan avtobuslardan istifadə etmədiyi üzə çıxıb
“BakuBus” MMC tərəfindən yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verilib.
Bu, Hesablama Palatasının “BakuBus” MMC-nin 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı üzə çıxıb.
Kənar dövlət maliyyə nəzarəti həmin illərdə bu qurum tərəfindən istifadə olunmuş ümumilikdə 80,0 mln. manata yaxın vəsaiti əhatə edib.
Qeyd olunub ki, yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verilməsi ilə yanaşı nəqliyyatın hərəkəti tezliyinin sərnişin dövriyyəsi ilə nisbətinin kifayət qədər optimallaşdırılmaması və yeni marşrut xətlərinin müəyyənləşdirilməməsi şəraitində dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanılıb. Əlavə olaraq 320 ədəd sərnişin avtobusunun hazırkı məlum alış prosesi də nəzərə alınmaqla cari vəziyyətdə qeyd olunan faiz nisbətinin daha da artacağı gözlənilir.
Deponun sərnişindaşıma potensialından optimal şəkildə istifadə olunmaması isə öz növbəsində “BakuBus” MMC-nin müntəzəm sərnişindaşıma sahəsi üzrə gəlirlərinin tam reallaşdırılmaması, maliyyə öhdəliklərinin qarşılanması səviyyəsinin məhdudlaşması ilə nəticələnir. Eyni zamanda təmir xərcləri üzrə maliyyə öhdəliklərinin vaxtında icra olunmaması da avtobusların depoda boş dayanma günlərinin artmasına səbəb olur.
“BakuBus” MMC-nin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarının dayandırılması müxtəlif nasazlıqların vaxtında təmir olunmaması səbəbindən baş verib. Avtobus parkının bərpa olunması məqsədilə mövcud vəziyyətin aradan qaldırılması və təmir işləri üçün resursların cəlb edilməsi əvəzinə istismara yararsız həmin 198 avtobusun 80-dən (40,4%-dən) istifadəyə yararlı müxtəlif ehtiyat hissələrinin sökülərək istismar olunaraq digər avtobuslara quraşdırılması hallarına yol verilməsi təmirə ehtiyacı olan avtobusların daha da yararsız vəziyyətə düşməsi nəticələnib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























