Azərbaycanın iri korporativ bankı 38 milyon manatdan çox xalis mənfəət açıqladı
Azərbaycanın iri korporativ bankı "PAŞA Bank" ASC 2022-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqalayıb.
Marja.az xəbər verir ki, Bank 2022-ci ilin yanvar-mart dövrünü 38 milyon 326 min manat xalis mənfəət ilə başa vurub. "PAŞA Bank" 2021-ci ilin eyni dövrünü 18 milyon 786 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2 dəfədən çox artıb.
2021-ci lin ilk rübündə "PAŞA Bank"ın faiz gəlirləri 63 milyon 562 min manat ikən, 2022-ci ilin eyni dövründə 71 milyon 495 min manat təşkil edib (12,5% artıb). Qeyri-faiz gəlirləri isə 23 milyon 378 min manatdan 26 milyon 309 min manata yüksəlib (12,5% artıb).
2022-ci ilin 1-ci rübündə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 97 milyon 804 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 54 milyon 279 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 43 milyon 525 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 7 milyon 374 min manat mənfəətə əlavə edilib. PAŞA Bank 12 milyon 572 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 38 milyon 326 min manat xalis mənfəət ilə bağlayıb.
BANK DAHA DA BÖYÜYÜB, AKTİVLƏRİ 7 MİLYARD MANATI KEÇİB
31 Mart 2022-cii l tarixində PAŞA Bank 7 milyard 125 milyon 450 min manat cəmi aktivlərə, o cümldən 2 milyard 661 milyon 58 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 6 milyard 408 milyon 381 min manat cəmi aktivlərə və 2 milyard 545 milyon 578 min manat kredit portfelinə malik idi. İlk rübdə Bankın aktivləri 717 milyon 69 min manat və ya 11,2%, kredit portfeli isə 116 milyon 180 min manat və ya 4,6% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























