Məktəblər ətrafında uşaqlar üçün əlverişli yolların sınaqdan keçirilməsi üçün yeni tərəfdaşlığa start verilib
Aprelin 13-də Dünya Bankının Qlobal Yol Təhlükəsizliyi Fondunun dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda uşaqlar üçün əlverişli yol planının hazırlanması və məktəblərin ətrafında təhlükəsizlik məqsədi ilə sürətin idarə edilməsini həyata keçirmək üçün Azərbaycanda yeni tərəfdaşlığa başlayıb.
Bu barədə Marja-ya AYİB-dən bildirilirb.
Təhlükəsiz və Dayanıqlı Nəqliyyat üzrə Şərq Alyansı (TDNŞA), “The Global Designing Cities Initiative” (GDCI) QHT, Azərbaycan Milli Avtomobil Klubu, (AMAK) və Azərbaycanın səlahiyyətli orqanları uşaqlar üçün yol hərəkəti riskini azaltmaq və onların həyat keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə birlikdə çalışacaqlar.
Qeyd edilib ki. uşaqları yol-nəqliyyat təhlükəsindən qorumaq mütləq prioritetdir. Qlobal miqyasda hər gün 500 uşaq yollarda həyatını itirir və ya ağır yaralanır. Nəticə olaraq, yol-nəqliyyat hadisələri dünya üzrə 5-29 yaşlı gənclərin ölümünün əsas səbəbidir. AYİB-in fəaliyyət göstərdiyi ölkələrdə yol riskləri xüsusilə kəskin ola bilər: 2019-cu ildə təkcə Bakı şəhərində 120 yol-nəqliyyat hadisəsi baş vermişdir, 230 yol-nəqliyyat hadisəsi isə piyadaların ağır xəsarət alması ilə nəticələnmişdir. Bu hadisələrin təxminən 50%-də səbəb sürət faktoru olub. Bakı şəhərində yaşayış məntəqələrində sürət həddi 60 km/saatdır və məktəblərin yaxınlığında aşağı sürət zonaları ilə bağlı tənzimləmə yoxdur. Bu səbəbdən, uşaqların yollarda təhlükəsizliyinin təmini üçün həll edilməli olan önəmli məsələ sürətdir.
Bu tapşırığın məqsədi buna nail olmaqdır. Layihə məktəblər və məktəbəqədər tədris mərkəzləri kimi uşaqların çox olduğu əsas istiqamətlərdə sürətin azaldılmasının həyata keçirilməsində iştirak edən amilləri nəzərdən keçirməyə imkan verəcəkdir. Layihənin bir hissəsi olaraq, Sumqayıt şəhərində yol-nəqliyyat hadisələri barədə məlumatlar və yerli icra hakimiyyəti, polis və təhsil orqanlarının tövsiyələri əsasında seçilmiş məktəb yaxınlığında sürətin tənzimlənməsini özündə birləşdirən yol transformasiyası həyata keçiriləcəkdir.
Bu transformasiya küçə dizaynına uşaqların təhlükəsizliyi nöqteyi-nəzərindən yanaşan və yerli icmaları bu məsələyə cəlb etməklə müvəqqəti, aşağı qiymətli həllər təqdim edən GDCI küçə transformasiyası metodologiyasına əsaslanacaq. Təcrübə göstərir ki, bu yanaşma yol-nəqliyyat hadisələri riskinin azalmasına, eləcə də havanın keyfiyyətinin və ümumilikdə uşaqların sağlamlığının yaxşılaşmasına imkan verir.
Layihə həmçinin uşaqlar üçün yol təhlükəsizliyi mühəndisliyi üzrə təlimləri əhatə edəcək ki, bu təlimlərdən yerli müvafiq qurumlar üçün təlim alətləri dəsti hazırlanacaq və AYİB-in qlobal proqramlarında sürətin idarə edilməsinin daha effektiv tətbiqini təmin etmək üçün prosedurlara yenidən baxılacaq.
AYİB adından çıxış edən Bankın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib:
“AYİB yol təhlükəsizliyi standartlarını təkmilləşdirmək və BMT-nin Qlobal Planını təşkil edən beş yol təhlükəsizliyi punktu üzrə investisiyaları ilə birbaşa və ya dolayı olaraq əlaqəli giriş nöqtələrini müəyyən etmək üçün bir çox ölkələrdə maraqlı tərəflərlə əməkdaşlıq edir. 2021-ci ildə Dünya Bankı Azərbaycanda yol qəzalarının sosial-iqtisadi dəyərini 2019-cu ildə 1,6 milyard manat və ya ÜDM-in 2,0%-i kimi qiymətləndirib. Onlar həmçinin aşkar etmişlər ki, yol qəzaları qəza qurbanları və ailələr üçün daha yüksək yoxsulluq və işsizlik risklərinə gətirib çıxardır. Lakin qəzanın səbəb olduğu insan itkisi ölçülməzdir. AYİB uşaqlara əlverişli yol dizaynı layihəsinin tətbiqi nəticəsində əldə oluna biləcək üstünlüklərə əsaslanaraq layihəni dəstəkləməkdən məmnundur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
























