“PAŞA Bank” ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb.
“PAŞA Bank”ın baş ofisində aprel ayının 27-si imzalanan Memorandum hüquqi yardım sahəsində birgə layihələrin, bank hüququ mövzusuna dair birgə seminar, təlim, konfrans, akademik tədbirlərin təşkili və həyata keçirilməsini, eyni zamanda, bank sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığın qurulmasını nəzərdə tutur.
“PAŞA Bank” ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb
Memorandumu "PAŞA Bank"ın Komplayns və İdarəetmə üzrə baş direktoru və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıb.
“Ölkəmizdə fəaliyyət göstərən banklar arasından ilk dəfə “PAŞA Bank”ın Vəkillər Kollegiyası ilə əməkdaşlığa dair Memorandum bağlaması çox müsbət haldır və Bankın korporativ sosial məsuliyyəti aspektindən xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Memorandum çərçivəsində gələcəkdə tərəflər arasında birgə hüquqi layihələrin və maarifləndirmə tədbirlərinin keçirilməsi vətəndaşların hüquqi maarifləndirilməsi baxımından çox effektiv və əhəmiyyətli bir addım olacaqdır”, - deyə Anar Kərimov vurğulayıb.
İmzalama mərasimindən sonra tərəflər arasında əməkdaşlığın detalları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























